Rəisi yenə - SƏRSƏMLƏDİ
Dünya
İran prezidenti İbrahim Rəisi İran silahlı qüvvələrinin bölgədə olmasının sərhədlərin dəyişdirilməsinin qarşısını alacağını açıqlayıb.
News24.az xəbər verir ki, bunu Rəisi Ermənistanla Azərbaycan arasında mövcud problemlərdən danışarkən deyib.
O bildirib ki, İran silahlı qüvvələrinin nüfuzlu mövcudluğu regionun geosiyasətində və sərhəd dəyişikliklərində hər hansı dəyişikliyin qarşısını alacaq.
İran prezidenti həmçinin Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb:
“Qarabağ, şübhəsiz ki, Azərbaycan Respublikasına məxsusdur, lakin ermənilərin hüquqlarını elə təmin etmək lazımdır ki, regionda onların təhlükəsizliyi və hüquqları qorunsun.
Qumral