Rəsmi Londondan TƏLƏB: - İran dərhal məlumat versin!

Rəsmi Londondan TƏLƏB: - İran dərhal məlumat versin! Dünya

“İran nüvə materiallarının yerləşdiyi yer barədə dərhal etibarlı məlumat verməlidir”.

News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Əgər ölkə hüquqi öhdəliklərini yerinə yetirməsə və nüvə materialı ilə bağlı məsələlərə aydınlıq gətirməzsə, İrana qarşı əlavə tədbirlər görülməlidir. İran daha gecikmədən, Turquzabad və Vəraminlə bağlı nüvə materialının və çirklənmiş avadanlığın cari yeri(lər)i haqqında texniki cəhətdən etibarlı məlumat verməlidir”, - məlumatda deyilir.

Akqabay