Rəsmi səfərə gedib, 4 gündür xəbər yoxdur - Nə baş verir?

Rəsmi səfərə gedib, 4 gündür xəbər yoxdur - Nə baş verir? Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 28-də Oman səfərinə getdikdən sonra dörd gündür görünmür.

News24.az xəbər verir ki, səfərin həm Belarus, həm də Oman tərəfindən rəsmi qeydiyyatlardan silinməsi ölkədə ciddi suallar yaradıb.

Rəsmi qurumlar tam susqunluq nümayiş etdirir. Lukaşenkonun administrasiyası heç bir açıqlama vermir, Oman tərəfi də məlumat yaymayıb. Bu isə “Lukaşenko yoxa çıxıb” iddialarını gücləndirib. Belarus mediası səfərin Oman sultanı ilə əməkdaşlıq sənədlərini müzakirə etmək üçün nəzərdə tutulduğunu yazsa da, 28 noyabrda Maskata enişdən sonra heç bir yenilik açıqlanmayıb.