Rişi Sunakdan gözlənilməz addım: Zelenskinin yanında yer aldı
Dünya
Böyük Britaniyanın sabiq Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri olacaq.
News24.az xəbər verir ki, Sunak Ukraynanın iqtisadi dirçəlişi üzrə yaradılan Beynəlxalq Məsləhət Şurasında ödənişsiz əsasda fəaliyyət göstərəcək. Şura Zelenskinin işini dəstəkləmək məqsədilə formalaşdırılıb.
“Qərbə güclü Ukrayna lazımdır, güclü Ukraynaya isə güclü iqtisadiyyat lazımdır… Biz daha təhlükəsiz və firavan Avropanın dayağı olacaq güclü və təhlükəsiz Ukraynanın qurulmasına kömək edə bilərik”, – britaniyalı siyasətçi bildirib.
Beynəlxalq Məsləhət Şurası enerji sektorunun bərpası, investisiyaların cəlbi və islahatların həyata keçirilməsi istiqamətində ekspertləri birləşdirir. Məqsəd həm növbəti qışa hazırlıq, həm də Ukraynanın uzunmüddətli iqtisadi artımını təmin etməkdir. (“The Independent”)