"Rıza Baba" ilə bağlı üzücü xəbər

"Rıza Baba" ilə bağlı üzücü xəbər Dünya

“Arka Sokaklar”ın Rıza Baba rolunun ifaçısı Zafer Ergin xəstəxanaya yerləşdirilib.

News24.az-ın məlumatına görə, məşhur “Arka Sokaklar” serialında 20 mövsümdür Rıza Baba rolunu canlandıran aktyor Zafer Ergin yüksək infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Hadisə barədə aktyorun həyat yoldaşı Binnaz Ergin açıqlama verib:

“Bədəni susuz qalıb, infeksiya göstəriciləri də yüksək çıxıb. İndi yaxşıdır. Bu gün nəzarət məqsədilə xəstəxanadayıq. Çərşənbə günü çəkiliş meydançasına qayıdacaq”.

Bəzi mənbələrdə aktyorun qan laxtalanması (tromboz) şübhəsi ilə müalicə aldığı iddia edilsə də, rəsmi açıqlamada susuzlaşma və infeksiyanın əsas səbəb olduğu vurğulanıb.

Aktyorun vəziyyətinin stabil olduğu və tezliklə işinə davam edəcəyi bildirilib.