Robert De Niro 79 yaşında 7-ci dəfə ata - OLDU

Robert De Niro 79 yaşında 7-ci dəfə ata - OLDU Dünya
Məşhur Hollivud ulduzu Robert De Niro 79 yaşında 7-ci dəfə ata olub.

News24.az APA-ya istinadən xəbər verir ki, aktyor bu barədə “ET Canada”ya müsahibəsində bildirib.

Aktyor 7-ci uşağının anasının kim olduğunu açıqlamayıb.

Robert De Nironun daha əvvəl birlikdə yaşadığı 3 qadından 6 uşağı var.