Roma Papası ABŞ liderinə meydan oxudu: "Trampdan qorxmuram"
Dünya
ABŞ prezidenti Donald Trampın Roma Papası XIV Leo haqqında növbəti tənqidi açıqlamasından sonra tərəflər arasında gərginlik yenidən artıb.
News24.az xəbər verir ki, dörd Afrika ölkəsini əhatə edən səfərə başlayan Papa tənqidlərə cavab verib.
O bildirib ki, Donald Tramp ilə birbaşa mübahisəyə girmək istəmir:
“Onunla mübahisəyə girmək istəmirəm. Tramp Administrasiyasından qorxmuram. İnandığım dəyərlər üçün buradayam. Kilsənin missiyası da budur” -Papa bildirib.
O, dini dəyərlərin siyasi müzakirələrdə alətə çevrilməsinə qarşı olduğunu vurğulayıb. Həmçinin sülh və beynəlxalq münasibətlər mövzusuna toxunaraq bunları deyib:
“Sülhü təşviq etmək, dialoqu və dövlətlər arasında çoxtərəfli münasibətləri gücləndirmək üçün çalışacağam”.
“Çox sayda günahsız insan öldürülür, kimsə daha yaxşı yolun olduğunu deməlidir”, - deyə o bildirib. /Reuters/