Romada min illik tarixi qüllə çökdü — Yaralılar var
Dünya
İtaliyanın paytaxtı Romada bərpa işləri aparılan “Torre dei Conti” adlı tarixi qüllənin bir hissəsi çöküb. Hadisə nəticəsində dörd işçi yaralanıb.
News24.az xəbər verir ki, İtaliya mediasının məlumatına görə, orta əsrlərə aid bu qüllədə günorta saatlarında hələ müəyyən edilməmiş səbəbdən çöküntü baş verib. Hadisə yerinə çox sayda xilasetmə qrupu cəlb olunub.
Yaralı işçilər xəstəxanaya aparılıb, vəziyyətlərinin stabil olduğu bildirilir. Təhlükəsizlik qüvvələri qüllə ətrafında piyada və nəqliyyat hərəkətini müvəqqəti olaraq məhdudlaşdırıb.
Roma Bələdiyyəsi bildirib ki, ərazidə bərpa və təhlükəsizlik işləri davam etdirilir, qüllədəki zərərin miqyası isə mütəxəssislər tərəfindən araşdırılır.