Rubio Trampdan niyə gizlənir? – Dövlət katibindən gözlənilməz açıqlama

Rubio Trampdan niyə gizlənir? – Dövlət katibindən gözlənilməz açıqlama Dünya

ABŞ dövlət katibi Mark Rubio bildirib ki, prezident təyyarəsində xarici səfərlər zamanı istirahətini gizli şəkildə etməyə məcburdur, çünki Prezident Donald Tramp uçuş zamanı heç vaxt yuxuya getmir.

News24.az xəbər verir ki, bu barədə o, “New York Magazine”ə açıqlamasında deyib.

Rubio müsahibədə əlavə edib ki, təyyarədəki kabinetdə yerləşən divanlardan istifadə edir, uşaq kimi örtüyə bürünür və başını örtür, beləliklə mumiya kimi görünərək Trampın diqqətindən qaçır.