Rusiya 2026-cı ildə bu əraziləri ələ keçirəcək – Budanov açıqladı
Dünya
“2026-cı ildə ruslar Donbası və Zaporojye vilayətini tam ələ keçirmək istəyirlər”.
News24.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanov deyib.
Onun sözlərinə görə, Rusiyanın hərbi planlaşdırmasının məqsədi aydındır: Donetsk vilayəti üzərində tam nəzarəti əldə etmək cəhdi, Dnepropetrovsk vilayəti istiqamətində maksimum irəliləyiş və Zaporojye, Xerson vilayətlərində əməliyyatların davam etdirilməsidir.
“Onlar bunu heç vaxt gizlətməyiblər. Əsas hədəflər bunlardır – sərhəd boyunca sanitariya (və ya bufer) zonalarının genişləndirilməsi ilə birlikdə. Bunlar onların əsas vəzifələridir. Prinsip etibarilə, 2026-cı ilin vəzifəsi Donbas və Zaporojye vilayətidir”, – Budanov bildirib.