Rusiya 60 günlük atəşkəsə razılaşmalıdır, çünki… – Zelenski

Rusiya 60 günlük atəşkəsə razılaşmalıdır, çünki… – Zelenski Dünya

Biz artıq sülh nizamlanmasının növbəti mərhələsindəyik. Artıq prezidentlər səviyyəsində danışıqlara ehtiyac var. Müharibəni mümkün qədər tez bitirmək istəyirik. Məhz buna görə bazar günü Tramp ilə görüşə ümid edirəm ki, müharibənin başa çatdırılması çərçivələrini müzakirə edək.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama yayıb.

O qeyd edib ki, sülh nizamnlanmasında istiqamətində ciddi irəliləyiş əldə olunub. ABŞ və Ukrayna arasında ikitərəfli razılaşmaların bir çox məqamları artıq müəyyənləşdirilib.

“ABŞ bizə 15 illik təhlükəsizlik zəmanətləri təklif edib və bu müddət sonradan uzadıla bilər. Amma bizim üçün 15 il kifayət deyil – daha uzunmüddətli təminatlara ehtiyac var. Ümid edirəm ki, Tramp buna razılaşacaq.

Mən ərazi məsələlərində də daha əlverişli şərtlər üzərində razılığa gəlmək istəyirəm. Əgər qərar çox çətin olarsa, sülh planının bütün 20 bəndini referendumda xalqın müzakirəsinə çıxarmağa hazıram.

Razılaşmanın üstünlüklərini izah etmək üçün Uitkoff və Kuşnerin Ukraynaya gəlməsi planlaşdırılır, lakin ola bilsin ki, Trampın özü gəlməlidir.

Əgər referendum Rusiyanın hücumları fonunda keçirilsə, insanlar raketləri görəcək və səsverməyə getməyəcəklər. Bu halda nəticə legitim sayılmayacaq. İnsanların səs vermək imkanından məhrum edildiyi referendumdan isə ümumiyyətlə imtina etmək daha yaxşıdır.

Bu səbəbdən Rusiya ən azı 60 günlük atəşkəsə razılaşmalıdır. Hələlik Moskvanın Trampın planını qəbul etməyə hazır olub-olmadığı məlum deyil. Məndə müəyyən məlumatlar var… amma indi yalnız liderlərin rəsmi bəyanatlarına inanmaq istəyirəm”, – Zelenski deyib.