ABŞ Rusiyaya məxsus gəmini ələ keçirdi

ABŞ Rusiyaya məxsus gəmini ələ keçirdi Dünya

Rusiya Nəqliyyat Nazirliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin “Marinera” gəmisinə müdaxiləsi ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, bu gün Moskva vaxtı ilə təxminən saat 15:00-da açıq dənizdə “Marinera” adlı gəmiyə ABŞ Hərbi-Dəniz Qüvvələrinin hərbçiləri çıxıb. Hadisədən sonra gəmi ilə əlaqə tamamilə kəsilib.

Qeyd olunub ki, “Marinera” gəmisi 24 dekabr tarixində Rusiya Federasiyasının dövlət bayrağı altında üzmək üçün müvəqqəti icazə alıb.

Rusiya Nəqliyyat Nazirliyi vurğulayıb ki, heç bir dövlət başqa bir ölkənin yurisdiksiyasında qanuni şəkildə qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququna malik deyil.

Nazirlik baş verənləri beynəlxalq dəniz hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirib.