Rusiya bu diplomatların akkreditasiyasını - LƏĞV ETDİ

Rusiya bu diplomatların akkreditasiyasını - LƏĞV ETDİ Dünya

Rusiya Xarici İşlər Nazirliyi iki britaniyalı diplomatın qanunu pozduğu səbəbilə akkreditasiyasının ləğv edildiyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada iki ingilis diplomatın Rusiyaya giriş icazəsi alarkən yalan məlumat verdiyinin və onların İngiltərə kəşfiyyatına işlədiklərinin müəyyən edildiyi bildirilib.

News24.az xəbər verir ki, bu səbəbdən bəyanatda Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsinin Nazirliyə çağırılaraq aşağıdakılar qeyd olunub:

"Səfirə məlumat verilib ki, diplomatlar Rusiya qanunlarını pozublar. Moskva Britaniya kəşfiyyatının xəbəri olmayan zabitlərinin fəaliyyətinə dözməyəcək və milli təhlükəsizlik maraqlarından çıxış edəcək. Biz Britaniya vətəndaşlarına Rusiya vizası üçün müraciət edərkən dəqiq və dolğun məlumat vermələrini tövsiyə edirik. London vəziyyəti gərginləşdirərsə, Rusiya tərəfi lazımi cavab verəcək".

Eyni zamanda, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu gün iki britaniyalı diplomatın casusluqda şübhəli bilinərək deportasiya edilməsi barədə qərarın qəbul edildiyini açıqlayıb.


Günel Məlikzadə