Rusiya bu yay böyük hücuma hazırlaşır
Dünya
Rusiya bu yay Donetsk bölgəsində genişmiqyaslı hücuma hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Məqalədə bildirilir ki, rus qoşunlarının əsas məqsədi Pokrovsk və Konstantinovka şəhərlərini tutmaqdır. Bundan əlavə, Ukrayna müdafiəsini zəiflətmək məqsədi ilə Sum və Xarkov vilayətlərinə yayındırıcı zərbələrin endirilməsi planlaşdırılır.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət əvvəl Rusiya qoşunlarının davamlı olaraq hücumlar təşkil etdiyini və yeni hücum əməliyyatlarına hazırlaşdığını söyləmişdi