Rusiya dronları radarlardan necə yayındırır? – Ukraynalı ekspertdən şok açıqlama

Rusiya dronları radarlardan necə yayındırır? – Ukraynalı ekspertdən şok açıqlama Dünya

Ukrayna səmasında hava həyəcan siqnalı verilmədən şəhərlər üzərində “Şahed”lərin qəfil peyda olmasının səbəbi məlum olub.

News24.az xəbər verir ki, hərbi mütəxəssis Sergey Fleş “Şahed” pilotsuz uçuş aparatının son dərəcə alçaq hündürlükdə, əl ilə idarəetmə rejimində uçduğunu əks etdirən video yayımlayıb. Bu taktika PUA-lara son ana qədər radarlar tərəfindən aşkar olunmaqdan yayınmağa imkan verir.

“Qarşı tərəf hərbi obyektlərimizi məhv etmək üçün ən müxtəlif taktika və hiylələrdən istifadə edir. Son üsullardan biri – əl ilə idarəetmə rejimində, həddindən artıq alçaq hündürlükdə uçuşdur. Videoda da göründüyü kimi, bu hündürlük bəzən onlarla metr ola bilər”, – deyə Fleş bildirib.

Onun sözlərinə görə, Ukraynanın texnoloji həlləri mövcuddur və müvafiq tədbirlər görüləcək. Lakin hazırda o, uzaq vizual və səs müşahidə postlarının qurulmasını və mobil, eləcə də stasionar müdafiə qruplarının daim hazır vəziyyətdə olmasını tövsiyə edib.

“Xüsusilə çay məcralarına, düzənliklərə və relyefdəki uzun çökəkliklərə diqqət yetirilməlidir”, – deyə Fleş əlavə edib.