Rusiya genişmiqyaslı hücuma başladı
Dünya
Rusiya ordusu ötən gecə baş verən hücumlarına cavab olaraq Ukraynaya qarşı genişmiqyaslı əməliyyata başlayıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Teleqram -da məlumat verib.
Xəbərə görə, yerüstü və hava əsaslı dəqiq silahlar, eləcə də uzaqmənzilli hücum dronları Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi yanacaq-enerji obyektlərinə zərbələr endirib.
Xüsusilə, Kiyev vilayətinin Borispol-2 şəhərindəki yanacaq-sürtkü anbarlarına və Poltava vilayətinin Zaturino şəhərindəki neft emalı zavoduna hücum edilib.