Rusiya hərbçiləri Belqorod vilayətinin müdafiəsini gücləndirəcək
Dünya
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna ilə həmsərhəd olan Belqorod vilayətində digər hüquq-mühafizə orqanları və yerli administrasiya ilə birgə hərbi komandanlıq və idarəetmə sisteminin səmərəliliyinin artırılmasını əhatə edən tədbirlər planı hazırlayıb.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov məlumat verib.
Plan həm də məsul məmurları müəyyən etməyə, habelə Rusiya regionunda əsas vəzifələri yerinə yetirmək üçün yönəldiləcək əlavə qüvvələr və resurslar ayırmağa imkan verəcək.
Qeyd edək ki, Belousov Kursk, Bryansk və Belqorod vilayətlərində ölkənin sərhədyanı ərazilərində əhalinin və infrastrukturun təhlükəsizliyini təmin etmək üçün bir sıra görüşlər keçirib.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, idarə rəisi Belqorod vilayətinin təhlükəsizliyinin təmin edilməsi üzrə əlavə tədbirlər planının icrasına nəzarət edəcək.
Məryəm İlhamqızı