Rusiya Krıma xeyli hərbi texnika göndərdi - VİDEO

Rusiya Krıma xeyli hərbi texnika göndərdi - VİDEO Dünya
İşğal altındakı Krıma Rusiya hərbi texnikasının göndərilməsinə dair yeni görüntülər yayılıb.

News24.az UNİAN-a istinadla xəbər verir ki, görüntülər Krım körpüsünün yaxınlığında çəkilib. 

Hərbi kolona T-72 və T-80 tankları,  152mm 2S19 "Msta-S" və 122mm 2S1 "Qvozdika" haubitsaları, Piyada döyüş maşınları, yük, o cümlədən raket daşıyan maşınlar, qapalı vaqonlar və yanacaq çənləri, mühəndis-minaaxtaran maşınları, o cümlədən T-55 tankı bazasında İMR-1 mühəndis maneələrinin qarşısını alan maşınlar daxildir.