"Rusiya razı deyil" - Lukaşeviç etiraz etdi

"Rusiya razı deyil" - Lukaşeviç etiraz etdi Dünya

“ATƏT yaşamaq uğrunda mübarizə aparır, Şimali Makedoniyanın hazırkı sədrliyi vəziyyəti yaxşılaşdırmır”.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“Düzünü desək, ATƏT-də vəziyyət ciddi narahatlıq doğurur, təşkilat faktiki olaraq yaşamaq uğrunda mübarizə aparır. Ötən il Polşa sədr olarkən təsdiqlənmiş bütün fəaliyyət sahələrinin dondurulması kimi fəlakətli praktika artıq ATƏT-in mandat tapşırıqlarını yerinə yetirmək imkanlarını xeyli zəiflədib”, - o bildirib.

Lukaşeviç əlavə edib ki, Şimali Makedoniyanın sədrliyi dönəmində bu durumu düzəltmək üçün heç bir konkret addım atılmayıb. Onun sözlərinə görə, mürəkkəb məsələlər üzrə geniş məsləhətləşmələrdən imtina olunub, həll yolu kimi ilk növbədə Qərb ölkələri üçün uyğun olan variantlar təklif edilib.

Lukaşeviç qeyd edib ki, Rusiya Estoniyanın gələn il təşkilatın sədri vəzifəsinə namizədliyi ilə razı deyil, amma Şimali Makedoniya bu məsələ ilə bağlı məsləhətləşmələrə təşəbbüs göstərmir.

Ayşən