Rusiya təyyarələri İdlibə hücum etdi
Dünya
Müxalifət təyyarələrinin rəsədxanasından alınan məlumata görə, yerli vaxtla saat 10.02-də Latakiyadakı Hmeymim Hava Bazasından ardıcıl olaraq 2 Rusiya döyüş təyyarəsi havaya qalxaraq İdlib şəhər mərkəzinin qərbindəki dülgər sexinə 4 hava zərbəsi endirib.
News24.az Mülki Müdafiədən (Ağ Dəbilqəlilər) alınan məlumata istinadən xəbər verir ki, hücum nəticəsində 1 mülki şəxs ölüb, 5 mülki şəxs yaralanıb. Yaralılar ətrafdakı xəstəxanaya aparılıb.
Xatırladaq ki, 2017-ci ildə keçirilən Astana görüşündə Türkiyə, Rusiya və İran Suriya administrasiyasının nəzarətində olmayan ərazidə 4 “deeskalasiya zonası” yaratmaq qərarına gəliblər. Dəməşq rəhbərliyi, İranın dəstəklədiyi terrorçular və Rusiya hücumlarını davam etdirərək 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru irəliləyir. Türkiyə 2018-ci ilin sentyabrında atəşkəsi gücləndirmək üçün Rusiya ilə əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayında hücumlar yenidən şiddətlənib. Türkiyə və Rusiyanın 5 mart 2020-ci ildə əldə etdiyi yeni razılaşmadan sonra atəşkəs əsasən qorunub.
Günel Məlikzadə