Rusiya təyyarəsi qar altında qaldı
Dünya
Moskvanın Vnukov hava limanında göyərtəsində sərnişinlərin olduğu Yak-40 təyyarəsi qar uçqunu altında qalıb.
News24.az xəbər verir ki, hadisə Moskvadan Voloqdaya uçmağı planlaşdıran təyyarədə yaşanıb. Təyyarə uçuş-enmə zolağından çıxıb və qar uçqununun altında qalıb.
Təyyarəyə dəyən ziyan və xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.