Rusiya Trampın xahişini yerinə yetirmədi: Ağ Ev rəhbərindən hücumlara ilk reaksiya
Dünya
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya son raket hücumuna görə təəccüblənməyib. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt amerikalı jurnalistin sualını cavablandırarkən bildirib.
News24.az xəbər verir ki, jurnalist Ağ Evdən Rusiyanın bu ay ərzində Ukraynaya endirdiyi ən güclü zərbələrdən birinə münasibəti soruşub. Xüsusilə də Trampın bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin soyuq hava şəraiti ilə əlaqədar hücumların birhəftəlik dayandırılmasına razılaşdığı barədə açıqlaması fonunda.
Karolin Livitt bildirib ki, bu məsələni prezidentlə səhər saatlarında müzakirə edib:
“Bəli, bu gün səhər prezidentlə bu barədə danışdım və o buna təəccüblənmədi. Bu, artıq bir neçə ildir son dərəcə qəddar müharibə aparan iki ölkədir. Bu müharibə, əgər Tramp hakimiyyətdə olsaydı, heç vaxt başlamazdı. Bu müharibə əvvəlki prezident Co Baydenin zəifliyi və səriştəsizliyi nəticəsində başladı”.