"Rusiya-Ukrayna müharibəsindəki düyün nöqtəsi…" – Rubio sirləri açdı
Dünya
Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlarda həll olunmayan yeganə məsələ ərazi problemidir.
News24.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı danışıb.
“Bu, hələ də keçməli olduğumuz bir həddir, arada boşluq qalır. Amma ən azı mövzular toplusunu bir əsas məsələyə qədər daralda bilmişik”, – o deyib.
Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə keçiriləcək üçtərəfli danışıqların növbəti raundu fevralın 1-də Əbu-Dabidə planlaşdırılır.
Rubio bildirib ki, növbəti raundda ABŞ nümayəndələri iştirak edə bilər, lakin əvvəlki mərhələdə danışıqlarda iştirak edən Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner bu dəfə prosesə qatılmayacaqlar.