Rusiya Ukraynanın ən böyük elektrik şirkətinə hücum etdi

Rusiya Ukraynanın ən böyük elektrik şirkətinə hücum etdi Dünya

Ukraynanın ən böyük özəl elektrik şirkəti DTEK Rusiyanın üç istilik elektrik stansiyasını vurduğunu açıqlayıb.

News24.az xəbər verir ki, DTEK rəsmiləri Rusiyanın 3 İES-ə hücum etdiyini və onların sistemlərini zədələdiyini bildirib.

Şirkət sosial mediada yayımlanan açıqlamada, "Avadanlıqlarımız ciddi zədələndi. Hücum bitdikdən sonra energetiklərimiz dərhal zədələri aradan qaldırmağa başladılar" dedi.

Günel Məlikzadə