Rusiya vətəndaşının Aİ-yə girişi qadağan edilib
Dünya
Bolqarıstanın Dövlət Milli Təhlükəsizlik Agentliyi dünən iki Rusiya vətəndaşının "casusluq" iddiası ilə Avropa Birliyinə girişini beş il müddətinə qadağan etdiyini açıqlayıb.
News24.az xəbər verir ki, açıqlamada 39 yaşlı Vladimir Nikolayeviç Qoroçkin və 37 yaşlı Tatyana Anatoliyevna Qoroçkinanın özlərini Bolqarıstan vətəndaşı kimi təqdim etdikləri bildirilib.
İddia olunurdu ki, Qoroçkin və Qoroçkina Rusiya Xarici Kəşfiyyat Xidmətinin “milli təhlükəsizliyə təhlükə törədən” agentləridir.
Bir müddətdir Bolqarıstanda yaşayan və Bolqarıstan vətəndaşlığı almağa çalışan ikilinin bolqar kimliklərindən istifadə edərək müxtəlif Avropa ölkələrində casusluq etmək və Rusiya üçün kəşfiyyat məlumatları toplamaq məqsədi daşıdığı iddia edilib.
Qeyd edək ki, ötən ilin sentyabrında Bolqarıstan Sofiyadakı Rus Pravoslav Kilsəsinin rəhbərini və iki belaruslu keşişi oxşar əsaslarla deportasiya edib.
Günel Məlikzadə