Rusiya YouTube-u bloklamağı planlaşdırır
Dünya
Prezident Administrasiyasına yaxın hesab olunan mənbələrdən bildirilib ki, Rusiya nəhayət sentyabr ayında YouTube-u bloklamağı planlaşdırır.
News24.az xəbər verir ki, mənbədən verilən məlumata görə, iyul-avqust aylarında bəzi bölgələrdə Youtube-nin iş şəraiti pisləşəcək. Sentyabr ayından isə bloklama başlayacaq.
Əlavə olaraq, Rostelecom da ruslara YouTube-un ləngiməsi ilə bağlı xəbərdarlıq edib. Şirkətin saytında məlumat verildiyi kimi, Google-a məxsus olan, operatorun şəbəkə infrastrukturunda və bağlantılarında istifadə olunan avadanlığın istismarında texniki problemlər yaranıb.
Məryəm İlhamqızı