Rusiyada 11 min turist uçuş xaosu ilə üzləşdi

Rusiyada 11 min turist uçuş xaosu ilə üzləşdi Dünya

Rusiya Turoperatorları Assosiasiyası (ATOR) bildirir ki, iyulun 5-dən 7-dək ən azı 11 min rusiyalı turist uçuşların gecikməsi və ləğvi səbəbindən çətinliklərlə qarşılaşıb.

News24.az TASS-a istinadən xəbər verir ki, ATOR-un məlumatına görə, iki gün ərzində bir neçə min reys təxirə salınıb və ya ləğv olunub. Təkcə bazar ertəsi səhəri 2500-ə yaxın reysdə problem yaşanıb.

Ən çox problem Türkiyə və Misir istiqamətlərinə olan reyslərdə müşahidə olunub. Turoperatorlar turistləri alternativ reyslərə yönəldir və onları otellərdə yerləşdirirlər.

Xeyrənsə Piriyeva