Rusiyada baş verən yol qəzasında 7 nəfər ölüb

Rusiyada baş verən yol qəzasında 7 nəfər ölüb Dünya
Rusiyanın Stavropol diyarında ağır yol qəzası olub.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Toyota Camry” ilə “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər ölüb.

Üç nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.