Rusiyada daha bir məşhur tətbiq bloklandı
Dünya
Rusiyada “Snapchat” tətbiqinə giriş məhdudlaşdırılıb.
News24.az xəbər verir ki, bu barədə “RİA” agentliyi “Roskomnadzor”a istinadən məlumat yayıb.
Rəsmi qurumların açıqlamasına görə, qadağaya əsas səbəblərdən biri “Snapchat”in guya ölkə daxilində terror aktları təşkil etmək və icraçılar toplamaq üçün istifadə olunması iddiasıdır.
Bundan əvvəl Rusiya “Apple” şirkətinin “FaceTime” videozəng tətbiqini də bloklayıb. Hakimiyyət orqanları bunu xarici texnoloji platformaların kriminal fəaliyyət üçün istifadə olunması ilə izah edir.
Qadağa qərarı daha geniş məhdudiyyətlərin davamı olaraq verilib. Son aylarda Rusiyada “Google”un “YouTube” xidmətinə, “Meta”nın “WhatsApp” tətbiqinə və “Telegram” messencerinə qarşı da oxşar məhdudiyyətlər tətbiq olunub.