Rusiyada “FaceTime” tam bloklandı
Dünya
Rusiya İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Agentliyi (Roskomnadzor) sentyabr ayından bəri “FaceTime”da müşahidə edilən giriş problemləri ilə bağlı açıqlama yayıb.
News24.az xəbər verir ki, qurum tətbiqin ölkə daxilində terror fəaliyyətlərinin təşkili, cinayətkar qrupların əlaqələndirilməsi, dələduzluq və digər qeyri-qanuni məqsədlər üçün istifadə edildiyinin müəyyən olunduğunu bildirib. Bu səbəbdən “FaceTime”a girişin rəsmi şəkildə bloklandığı açıqlanıb.
Bununla yanaşı, təhlükəsizlik və fırıldaqçılıqla mübarizə çərçivəsində Rusiyada “WhatsApp” və “Telegram” üzərindən səsli zənglərə də əlavə məhdudiyyətlərin tətbiq edildiyi qeyd olunur. Eyni zamanda, yeni yerli rabitə platforması MAX dövlət qurumları və bir sıra təşkilatlar arasında sürətlə yayılaraq alternativ tətbiq kimi önə çıxmağa başlayıb.