Rusiyada general güllələndi
Dünya
Rusiya hərbi kəşfiyyatının rəhbər müavini, general-leytenant Vladimir Alekseyev Moskvada silahlı hücuma məruz qalıb.
News24.az-ın məlumatına görə, Moskvada baş vermiş insident zamanı Alekseyev yaşadığı evdə naməlum şəxs tərəfindən güllələnib. Hücum nəticəsində ağır yaralanan general dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Rusiya İstintaq Komitəsi bildirib ki, hücumçu Alekseyevə evində bir neçə dəfə atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Hazırda araşdırmalar davam edir, hücumçunun şəxsiyyəti müəyyənləşdirilməyə çalışılır.