Rusiyada mədən çökdü - Dağıntılar altında qalanlar var

Rusiyada mədən çökdü - Dağıntılar altında qalanlar var Dünya

Rusiyanın Maqadan vilayətində mədən çöküb.

News24.az xəbər verir ki, dağıntılar altında səkkiz nəfərin qaldığı ehtimal edilir.

Hadisə yerinə Mi-8 helikopteri, 16 nəfərdən ibarət yanğınsöndürmə briqadası, dağ-xilasetmə xidmətinin əməkdaşları və tibb işçiləri, həmçinin 6 ədəd texnika göndərilib. / Ren Tv/