Rusiyada "Telegram" - çökdü

Rusiyada "Telegram" - çökdü Dünya
Rusiyada "Telegram" messencerinin fəaliyyətində problemlər yaşanır.

News24.az xəbər verir ki, bu barədə “DownRadar” sistemi məlumat yayıb. 

Bildirilib ki, Moskva, Sankt-Peterburq, Rostov, Yekaterinburq, Novosibirsk sakinləri problemlərdən şikayətlənirlər.

Problem gecə saatlarından başlayıb. Bunun nə ilə əlaqəli olduğu hələ məlum deyil.

Xatırladaq ki, Moskvada, eləcə də Voronej və Moskva vilayətlərində antiterror əməliyyatı həyata keçirilir.