Rusiyada yeni hərbi qiyam təhlükəsi - Putin HƏRƏKƏTƏ KEÇDİ

Rusiyada yeni hərbi qiyam təhlükəsi - Putin HƏRƏKƏTƏ KEÇDİ Dünya

Kreml hesab edir ki, “Vaqner” rəhbəri Yevgeni Priqojinin ölümündən sonra Rusiyada yeni hərbi qiyam təhlükəsi yaranıb.

News24.az xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.

Hüquq-mühafizə orqanları və hökumət mənbələrinə görə, təhlükəsizlik xidmətləri artıq iyunun sonunda “Vaqner”in təşkil etdiyi “tamaşalara” nəzarət etmək və qarşısını almaq üçün çalışır.

“Moskvanın 200 km yaxınlığına gələn tanklar iyirmi ildən artıqdır hakimiyyətdə olan Vladimir Putində unudulmaz təəssürat yaratdı. Priqojin nəinki ordu komandanlığına tabe olmayıb, həm də prezidentin şəxsi əmrinə tabe olmayıb və buna görə də rejimə təhlükə hesab olunub”, - mənbələr bildiriblər.

Onların fikrincə, Kreml “Vaqner”i indiki formada saxlaya bilməyəcək və o ləğv olunacaq.

Beynəlxalq Böhran Qrupunun analitiki Oleq İqnatov deyib: “Vaqnerin bir çox üzvləri Priqojinin ölümünün arxasında hakimiyyətin dayana biləcəyinə inanırlar. Və hakimiyyət bu cür risklərə göz yuma bilməz”.

Qeyd edək ki, Priqojinin ölümündən iki gün sonra Rusiya prezidenti Vladimir Putin “Vaqner”çilərin beyət etmələrini tələb edən fərman imzalayıb. Könüllü batalyonlar və ərazi müdafiəsi də daxil olmaqla, ordu olmayan yarımhərbi birləşmələrin bütün üzvlərindən milli bayraq qarşısında “konstitusiya quruluşunu” müdafiə etmək üçün and içmək tələb olunur.

London Kral Birləşmiş Xidmətlər İnstitutunun elmi işçisi Natia Seskuria bildirib ki, “Putin gələcəkdə böhranın təkrarlanmaması üçün “Vaqner”ə daha sıx nəzarət etmək istəyir”.

Akqabay