Rusiyadan Yunanıstana - SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Yunanıstana - SƏRT XƏBƏRDARLIQ Dünya

Rusiya Yunanıstandan Rusiya silahlarının üçüncü tərəflərə verilməsinin qeyri-mümkünlüyünə dair razılaşmaların həyata keçirilməsini axtarmaq niyyətindədir. 

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

Onun sözlərinə görə, Yunanıstan hakimiyyəti dəfələrlə hərbi-texniki əməkdaşlıq haqqında Rusiya-Yunanıstan hökumətlərarası sazişinin müddəalarının pozulması ilə bağlı xəbərdarlıq edib. Bu sənəd 30 oktyabr 1995-ci ildə imzalanıb.

"Biz Yunanıstandan, eləcə də bütün digər ölkələrdən bu sənədə əməl olunmasını tələb etməyə davam edəcəyik", - Zaxarova deyib.

Mehriban Mirzəzadə