Rusiyalı turisti çay apardı - – Hər yerdə onu axtarırlar

Rusiyalı turisti çay apardı - – Hər yerdə onu axtarırlar Dünya
Rusiyalı turist Abxaziyada itkin düşüb.

News24.az xəbər verir ki, Abxaziyaya tətilə gələn Moskvadan olan evli cütlük tətillərini Qudauta bölgəsində, Aqari kəndində keçirməyə qərar veriblər. 

Şahidlərin bildirdiyinə görə, güclü leysan zamanı Bzıb çayı qadın turisti aparıb. Hazırda onun axtarışları davam edir.

Xatırladaq ki, Abxaziyanın şərqində pis hava şəraiti nəticəsində yüzlərlə evi su basıb, dəmir yolu zədələnib, sel bəzi ərazilərdə hərəkəti çətinləşdirib. Zərər hələ hesablanmayıb.

Turan