"Rusiyanın bizə Ermənistanı necə xilas etməyi diktə etməsinə imkan verməyəcəyik"
Dünya
“Rusiyanın bizə Ermənistanı necə xilas etməyi diktə etməsinə imkan verməyəcəyik. Bizim kifayət qədər xilaskarımız var, Ermənistan xalqı ölkə xaricindən gələn xilaskarlara ehtiyac duymur”.
News24.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Sarkis Xandanyan oktyabrın 28-də keçirilən “Şərq Tərəfdaşlığı Parlament Assambleyasının 12-ci plenar iclasında bildirib.
Onun sözlərinə görə, vəziyyət dəyişib və Ermənistanla Azərbaycan arasında çox kövrək sülh yaranıb. Deputat vurğulayıb ki, bu sülhün davamlı olması üçün hər şey edilməlidir.
Xandanyanın fikrincə, kommunikasiyaların açılması və “TRIPP” layihəsinin həyata keçirilməsi təkcə Ermənistanı deyil, həm də Mərkəzi Asiyanı Avropa İttifaqına daha da yaxınlaşdıracaq.
“Bu, regionda təhlükəsizliyin dəyərli təminatıdır”, – deyə o qeyd edib.