Rusiyanın bu ölkədəki səfiri vəfat etdi

Rusiyanın bu ölkədəki səfiri vəfat etdi Dünya

Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumatda qeyd edilib ki, səfir dekabrın 6-da vəfat edib. Ölümü barədə təfərrüat verilməyib.

Qeyd edək ki, 70 yaşlı Aleksandr Matseqora 2014-cü ildən Rusiyanın Şimali Koreyada fövqəladə və səlahiyyətli səfiri olub.