Rusiyanın daha bir şəhərini təhlükə gözləyir
Dünya
Rusiyanın Taqanroq şəhərinin sakinlərinə Don çayı boyunca alçaq və sahilyanı ərazilərin su basması təhlükəsi barədə xəbərdarlıq edilib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Taqanroq şəhər administrasiyasının rəhbəri Andrey Fateyev deyib.
Çayda maksimal səviyyənin aprelin 15-i gündüz və axşam saatlarında olacağı gözlənilir.
Qeyd edək ki, Orsk şəhərindəki fəlakətli subasmadan sonra Tümen və Kurqan vilayətinin sakinlərinə də xəbərdarlıqlar edilib.