Rusiyanın hərbi helikopteri yoxa çıxdı

Rusiyanın hərbi helikopteri yoxa çıxdı Dünya

Rusiyaya məxsus Mi-8 helikopteri yoxa çıxıb.

News24.az xəbər verir ki, bu barədə “Militarnıy” nəşri Rusiya təbliğat resurslarına istinadən məlumat yayıb.

Bildirilir ki, hazırda həqiqətən də bu modifikasiyalı helikopterin itib-itmədiyi dəqiq məlum deyil. Çünki insidentin başvermə şəraiti hələ də aydınlaşdırılmayıb.

Nəşrin ehtimalına görə, mümkün səbəblər arasında helikopterin Ukrayna dronu tərəfindən vurulması, hava hücumundan müdafiə sistemlərinin, o cümlədən Rusiya HHM vasitələrinin fəaliyyəti və ya texniki nasazlıq ola bilər. (axar.az)