Rusiyaya qarşı sanksiyalar Avropa İttifaqına - ziyan vurur

Rusiyaya qarşı sanksiyalar Avropa İttifaqına - ziyan vurur Dünya

Avstriya vətəndaşlarının yarıdan çoxu (54%) hesab edir ki, Rusiyaya qarşı sanksiyalar Avropa İttifaqına zərbə vurur. 

News24.az xəbər verir ki, bunu Exxpress portalının sifarişi ilə Insa sosioloji institutunun keçirdiyi sorğunun məlumatları sübut edir .

Qeyd olunur ki, 12% məhdudiyyətlərin Aİ-nin özünə xeyir verdiyinə inanır , 21% isə sanksiyaların Avropa İttifaqına heç bir şəkildə təsir etmədiyinə inanır.

Portalın məlumatına görə, 2023-cü ilin aprelində sanksiyaların əleyhdarlarının payı daha az olub - 41%.

Sorğu sentyabrın 4-7-də keçirilib və 1000 nəfəri əhatə edib.

Aynurə