Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı Dünya

Avropa İttifaqı Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların müddətini daha 6 ay uzadıb.

News24.az xəbər verir ki, Avropa İttifaqı Şurasının qərarına əsasən, Ukraynadakı sabitliyi pozan hərəkətlərə görə tətbiq olunan məhdudiyyətlər 31 iyul 2026-cı ilədək qüvvədə qalacaq.

Qeyd olunub ki, sanksiyalar ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, bank sektoru, eləcə də neft, qızıl və brilyant idxalını əhatə edir. Rusiyadan Aİ-yə xam neftin dəniz yolu ilə idxalı qadağan edilib, bir sıra banklar SWIFT sistemindən çıxarılıb