Sabah III Çarlz rəsmən kral olacaq

Sabah III Çarlz rəsmən kral olacaq Dünya
III Çarlz sentyabrın 10-da rəsmi şəkildə Kral elan olunacaq.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bukinqem Sarayından bildirilib.

Bildirilib ki, sentyabrın 10-u saat 10:00-da Müqəddəs Ceyms Sarayında Çarlz yeni Kral elan ediləcək.