Sabah qərar günü ola bilər – Starmerdən mühüm açıqlama
Dünya
Britaniyanın Baş naziri Kir Starmer Cenevredə “sülh planı” ilə bağlı danışıqların sabah keçiriləcəyini təsdiqləyib.
News24.az xəbər verir ki, Starmer bildirib ki, önümüzdəki günlərdə o, ABŞ Prezidenti Donald Tramp ilə danışmağı planlaşdırır, ondan əvvəl isə Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparacaq.
“ABŞ-ın yüksəkvəzifəli rəsmilərinin, Avropanın milli təhlükəsizlik üzrə məsləhətçilərinin, o cümlədən Britaniyanın milli təhlükəsizlik üzrə məsləhətçisinin və, əlbəttə ki, ukraynalı nümayəndələrin sabah Cenevredə iştirak etməsi barədə razılıq əldə olunub. Məqsəd layihə üzərində işi davam etdirməkdir”, – deyə o qeyd edib.