Sabiq baş naziri öldürdüyünü etiraf etdi

Sabiq baş naziri öldürdüyünü etiraf etdi Dünya

2022-ci ilin iyulunda Yaponiyanın sabiq baş naziri Şinzo Abeni güllələyərək öldürən keçmiş hərbi Tetsuya Yamagaminin məhkəməsi başlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Yamagami məhkəmədə qəsdən adam öldürmə ittihamını etiraf edib.

Qarşıdakı aylarda bununla bağlı 19-a qədər iclasın keçirilməsi planlaşdırılır. Məhkəmənin məlumatına görə, bu iş üzrə hökm 2026-cı il yanvarın 21-də elan olunacaq.

Qeyd edək ki, Tetsuya Yamagami 2022-ci il iyulun 8-də Honşu adasının cənub-qərbində yerləşən Nara şəhərində keçirilən seçki kampaniyası zamanı əllə düzəltdiyi iki lüləli silahla çıxış edən Şinzo Abeni güllələyərək öldürüb.

O, hadisə yerində siyasətçinin mühafizəçiləri tərəfindən yaxalanıb.