Sabiq baş nazirin qatilinə hökm oxundu

Sabiq baş nazirin qatilinə hökm oxundu Dünya

Yaponiyanın Nara prefekturasının dairə məhkəməsi keçmiş hərbi dənizçi Tetsuya Yamagamini sabiq baş nazir Sindzo Abenin qətlində təqsirli bilib və onu ömürlük həbs cəzasına məhkum edib.

News24.az xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziya kanalı məlumat yayıb.

Vəkillər təqsirləndirilən şəxs üçün 20 ildən az müddətə azadlıqdan məhrumetmə cəzası istəyiblər və eyni zamanda qəsdən adam öldürmə və qanunsuz silah dövriyyəsi ittihamlarını tam şəkildə qəbul ediblər.

Müdafiə tərəfinin sözlərinə görə, qətl Yamagaminin anasının üzvü olduğu dini təşkilatın təzyiqi altında törədilib.

Qeyd edək ki, 8 iyul 2022-ci ildə Yamagami küçə çıxışı zamanı Sindzo Abeyə özünün hazırladığı çoxlüləli qurğudan atəş açıb. Aldığı xəsarətlər nəticəsində Abe vəfat edib. Hücum edən şəxs hadisə yerində saxlanılıb.