Sabiq prezident ömürlük həbs edildi - Bu ölkədə
Dünya
Cənubi Koreyada məhkəmə respublikanın sabiq prezidenti Yun Sok Yolu 2024-cü ilin dekabrında qiyama rəhbərlik etmək ittihamı ilə ömürlük həbs cəzasına məhkum edib.
News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəmə iclasına istinadən məlumat yayıb.
Bildirilib ki, Yun Sok Yol sabiq müdafiə naziri və digər vəzifəli şəxslərlə əlbir olaraq konstitusiya quruluşunu sarsıtmaq məqsədilə iğtişaşlar təşkil etməkdə və ölkədə qanunsuz hərbi vəziyyət elan etməkdə ittiham olunur.
Qeyd edək ki, Yun Sok Yol 2022–2025-ci illərdə prezident vəzifəsini tutub.
14 dekabr 2024-cü ildə o, hərbi vəziyyət elan edib və qanunvericilərin bu qərarın ləğvi üçün səsvermə keçirməsinə mane olmaq məqsədilə Milli Assambleyaya qoşun göndərdikdən sonra impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb.
Həmçinin onun parlament spikerinin və hakim, eləcə də müxalifət partiyalarının liderlərinin saxlanılması barədə göstəriş verdiyi bildirilib.
2025-ci ilin yanvarında o, qiyam ittihamı ilə həbs edilərək istintaq təcridxanasına yerləşdirilib, 2025-ci ilin aprelində isə Konstitusiya Məhkəməsi sabiq prezidentin impiçmentini təsdiqləyib.