Sabitlik dövrünün rəmzi – bu şəhərdə müharibədən sonra ilk Milad ağacı quraşdırıldı

Sabitlik dövrünün rəmzi – bu şəhərdə müharibədən sonra ilk Milad ağacı quraşdırıldı Dünya

İordan çayının Qərb sahilindəki Beytləhm şəhərində nəhəng Milad ağacı quraşdırılıb. Bu, 2022-ci ildən bu günə qədər qurulan ilk Milad ağacıdır. Əasa meydanda qurulan ağacın üzəri qırmızı və qızılı bəzəklərlə örtülüb.

News24.az xəbər verir ki, xristianlığa görə, İsa Məsihin doğulduğu şəhər hesab edilən Beytləhm son iki ildə Qəzzada davam edən müharibə səbəbilə kütləvi Milad tədbirlərindən imtina edib.

Lakin artıq anklavda sabitlik başladığından şəhərdə xüsusi mərasim keçirilib və 20 metrlik Milad ağacı işıqlandırılıb.