"Əsas məsələ odur ki…" – Zelenski danışıqlardan gözləntilərini açıqladı

"Əsas məsələ odur ki…" – Zelenski danışıqlardan gözləntilərini açıqladı Dünya

Birləşmiş Ərəb Əmirliklərində Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçirilən görüşdə müharibənin bitirilməsi parametləri müzakirə olunur.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi teleqram hesabında məlumat yayıb.

Onun sözlərinə görə, əsas məsələ odur ki, Rusiya bu müharibəni bitirməyə hazır olsun və buunla bağlı bəzi cavablar alınmalıdır.

“Görüşün məzmunu ilə bağlı hələlik nəticə çıxarmaq tezdir. Sabah danışıqların gedişinə və nəticələrinə baxacağıq. Əsas məqsəd budur ki, müharibəni bitirmək və tam təhlükəsizliyi təmin etmək istəyi yalnız Ukrayna tərəfindən deyil, Rusiyada da müəyyən şəkildə formalaşsın”, – o bildirib.