Səfirlik Əsədin qohumlarına saxta pasport verirmiş...
Dünya
Suriyanın Livan səfirliyi keçmiş prezident Bəşər Əsədin qohumlarına saxta pasportlar verdiyinə dair ittihamlardan dolayı konsulluq fəaliyyətini dayandırıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Səfirliyin bəyanatında əməliyyatların sonrakı xəbərdarlığa qədər dayandırıldığı qeyd edilib, lakin konkret səbəb göstərilməyib.